Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir

Nəşr edilib “Şərq qapısı” qəzeti 25.04.2018.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır. 

Aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək demişdir ki, müstəqillik illərində Naxçıvan tarixinin hərtərəfli öyrənilməsinə başlanmış, 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi bu sahədə əhəmiyyətli addım olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və digər beynəlxalq konfranslar Naxçıvan tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində mühüm rol oynamışdır.

Ətraflı: Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir